BMT Ermənistana xüsusi nümayəndə göndərir

45

BMT Ermənistan və Azərbaycan arasında atəşkəs razılaşmalarını alqışlayır və atəşkəsin qorunub saxlanacağına ümid edir.

Elchi.az xəbər verir ki, bu barədə BMT baş katibinin xüsusi nümayəndəsi Miroslav Yença bildirib.

Onun sözlərinə görə, hər iki ölkə baş katibə və BMT Təhlükəsizlik Şurasına məktublar göndərib, 2020-ci ildə Rusiyanın vasitəçiliyi ilə əldə edilmiş razılaşmanın pozulduğunu bildirib.

Miroslav Yença, həmçinin qeyd edib ki, BMT Ermənistana xüsusi nümayəndə göndərəcək.