BMT Təhlükəsizlik Şurasında Ermənistanla Azərbaycan arasında atəşkəs əldə olunması, həmçinin vəziyyətin siyasi və diplomatik yollarla həlli müzakirəyə çıxarılıb.
Elchi.az xəbər verir ki, bu barədə Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya məlumat verib.
O qeyd edib ki, müzakirələr bağlı qapılar arxasında keçirilib.
“Hamı yekdilliklə atəşkəsin və vəziyyətin siyasi-diplomatik yollarla nizamlanmasının tərəfdarı olduğunu bildirib”, – Nebenzya deyib.
O əlavə edib ki, Moskva mətbuat üçün bəyanatda Rusiya, Ermənistan və Azərbaycan liderlərinin iki ölkə arasında münasibətlərin tənzimlənməsi üçün əsas olan üç üçtərəfli bəyanatına istinad edilməsini təkid edib.
Nebenzya, həmçinin əlavə edib ki, BMT Təhlükəsizlik Şurasının qapalı iclasında Rusiya münaqişənin dayandırılması üçün KTMT çərçivəsində görülən işlər barədə məlumat verib.