BMT BA Prezidenti Qoşulmama Hərəkatının Gənclər Sammitinə məktub ünvanlayıb

32

Qoşulmama Hərəkatının Gənclər Sammitinin təşkilinə görə Azərbaycan hökumətinin fəaliyyətini qiymətləndiririk.

Elchi.az xəbər verir ki, bunu Bakıda keçirilən Qoşulmama Hərəkatının Gənclər Sammitinin açılış mərasimində iştirakçılara ünvanladığı çıxışında BMT Baş Assambleyasının Prezidenti Abdulla Şahid deyib.

O, gənclərin COVID-19 pandemiyasından iqlim dəyişikliyinə qədər qlobal çağırışların həllində fəal rol oynamalı olduğunu vurğulayıb. Abdulla Şahid bildirib ki, gənclər qlobal dayanıqlılığın inkişafına töhfə verir.

Abdulla Şahid postpandemiya dövründəki bərpada gənclərin aktiv fəaliyyətinə ümid etdiyi əlavə edib.

BMT Baş Assambleyasının Prezidenti gənclərin qlobal platformalarda iştirakı barədə də qeyd edərək deyib ki, BMT və onun institutlarında inklüzivlik və fərqlilik indi daha vacib olub: “Qoşulmama Hərəkatı dünyanın müxtəlif nöqtələrindən olan gənclər üçün iştirak və mədəni mübadilə istiqamətində platforma təklif edir və bu vacibdir”.

O vurğulayıb ki, BMT də daxil olmaqla, qlobal platformalar gənclər üçün imkanlar təqdim etməlidir.

Abdulla Şahid çıxışının sonunda gənclərə səmərəli müzakirə və fikir mübadiləsi arzulayıb.