ABŞ dövlət katibi Entoni Blinken və Çinin xarici işlər naziri Vanq Yi ilə görüşüb.
Elchi.az “Reuters” agentliyinə istinadən xəbər verir ki, danışıqlar 5 saatdan artıq davam edib.
Blinken Rusiyanın Ukraynaya təcavüzünü müzakirə etdiyini və Pekinin Moskva ilə anlaşması ilə bağlı narahatlığını ifadə etdiyini söyləyib.
Görüş İndoneziyanın Bali adasında keçirilən G-20 sammitindən sonra baş tutub.