Blinken Bakı və İrəvana təklif GÖNDƏRDİ

34

Bu gün Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu və ABŞ dövlət katibi Entoni Blinken arasında telefon danışığı olub.

Elchi.az bildirir ki, ABŞ Dövlət Departamenti telefon danışığı barədə məlumat yayıb.

Məlumata görə, telefon danışığı zamanı Ukrayna və ikitərəfli əlaqələrlə yanaşı, Qarabağdakı vəziyyət də müzakirə olunub.

Blinken Azərbaycan və Ermənistan arasında dialoqa və uzunmüddətli razılığın əldə olunmasına kömək etmək üçün səy göstərməyə hazır olduğunu qeyd edib.