“Bizdən fərqli olaraq Azərbaycan Qarabağda hava limanını işə sala bildi”- Voskanyan

2

Azərbaycanın işğaldan azad etdiyi torpaqlarda quruculuq və bərpa işləri aparması erməni cəmiyyətində ən çox müzakirə olunan mövzulardan birinə çevrilib. 10 ay öncə ağır məğlubiyyətlə üzləşən ermənilərin sosial-iqtisadi, eləcə də siyasi böhrandan əziyyət çəkmələrinə baxmayaraq, ölkədə hələ də başqasının torpağına olan maraq azalmayıb.Bəzi sıra siyasətçilər, politoloqlar mediaya verdiyi açıqlamalarda bir zamanlar işğalda saxladıqları ərazilərin minalardan təmizlənməsi, böyük layihələrin reallaşdırılmasından məyusluqlarını gizlətmirlər. Məsələn, bu günlərdə Füzuli Beynəlxalq Hava Limanının tikintisinin başa çatması hazırda sosial mediada ermənilərin ən çox müzakirə etdiyi mövzuya çevrilib.

Politoloq Vardan Voskanyan Azərbaycanın qısa müddətdə bacardığı bir işi Ermənistanın 30 ilə görə bilməməsindən gileylənib.

Füzuli hava limanında DSX-nın bölməsi fəaliyyət göstərəcək

“90 -cı illərdə qələbə qazansaq da, Qarabağda tikdiyimiz hava limanı işləmirdi. Çünki Azərbaycan bu hava limanının normal fəaliyyətinə real təhlükə yaradırdı. Bu dəfə onlar qələbə qazandı və bu zəfərə baxmayaraq, Füzulidəki v’ digər oxşar hava limanları işləməməlidir. Çünki Ermənistan artıq onların işi üçün real təhlükə yarada bilər”-,Voskanyan gülməli iddia səsləndirib.

Qeyri-real fərziyyələr irəli sürən erməni ekspert Azərbaycanın hazırda İrəvana müntəzəm olaraq Gorus -Qafan magistral yoluna nəzarət etməsini xatırlatmasını təsadüfi hal saymayıb. O, bunu hava limanı ilə əlaqələndirib.

“Onlar Gorus-Qafan magistral yolunun yalnız xeyirxah olduqları üçün işlək vəziyyətdə qaldığını deyirlər. Yəni Qarabağdakı işimizə mane olmayın, əks təqdirdə təzyiqlər işə düşə bilər”.

Qeyd edək ki, bir neçə aydır tikintisinə başlanılan Füzuli Beynəlxalq Hava Limanı ilk sərnişinlərini qəbul edib. Aeroportun istismara verilməsindən əvvəl, Bakıdan uçan “Azərbaycan Hava Yolları”na məxsus ən böyük “Airbus A340-500” tipli sərnişin təyyarəsi sentyabrın 5-də sınaq reysi həyata keçirərək işğaldan azad olunmuş Qarabağın ilk hava limanında eniş etdi.