Bir neçə qələbəmizdən sonra ruslar geri çəkiləcək – Reznikov

46

Ukrayna Silahlı Qüvvələrinin cəbhədə daha bir neçə kiçik qələbəsindən sonra Rusiya qüvvələri müdafiə xəttindən qaçmağa başlayacaq.

Elchi.az xəbər verir ki, bu sözləri Ukraynanın Müdafiə naziri Aleksey Reznikov deyib.

O bildirib ki, bütün ukraynalılar bizim müdafiəçilərin rusların Kiyev, Çerniqov və Sumı vilayətlərindən zorla çıxarılmağa başladığı zaman oranı necə qoyub qaçdıqlarını gördü:

“Ukrayna Silahlı Qüvvələri rusların tədarük zəncirlərinin bir neçəsini kəsib. Buna görə də, Rusiya hərbçilərinin qidalanma və tanklara yanacaq doldurmaq üçün ehtiyatları demək olar ki, tükənib. Bu bizə şans yaradır ki, yüksək dəqiqlikli artilleriya və texnikanın köməyi ilə rusları daha sürətli geri çəkilməyə məcbur edək”.