Belçikadakı səfirimizdən erməni hücumu ilə bağlı xəbərdarlıq

45

Azərbaycanın Belçikadakı səfiri Vaqif Sadıqov ermənilərin səfirliyə mümkün hücumu ilə bağlı xəbərdarlıq edib.

Elchi.az xəbər verir ki, bu barədə səfir Tvitter səhifəsində yazıb.

“Bu gün Brüsseldəki erməni diasporunun radikalları Avropa Parlamenti qarşısında keçirilən mitinqdən sonra Azərbaycan səfirliyinə hücum etməyə hazırlaşırlar”, – o vurğulayıb.