Halal ət kəsiminə qadağa qoyuldu

10

Bu, müsəlman və yəhudi icmalarının reaksiyasına səbəb olub.

Belçikanın Flamand bölgəsində halal ət kəsiminə qoyulan qadağa qüvvəyə minib.

TRT xəbər verir ki, qərarda heyvanların şoklanma və yatızdırılma üsulu ilə kəsilməsi nəzərdə tutulur.

Bu isə Belçika əhalisinin təxminən 6 faizini təşkil edən müsəlman və yəhudi icmalarının reaksiyasına səbəb olub.

Qeyd edək ki, müsəlmanların “halal”, yəhudilərin isə “koşer” adlandırdığı kəsimə görə, heyvanlar kəsilmədən əvvəl sağlam olmalı və onlar ayıq olmalıdırlar. Kəsimdən əvvəl heyvanların şoklanması isə müsəlman və yəhudi icmalarının istehlak etdiyi “halal” və “koşer” məhsulların əldə edilməsinə mane olur.

Adətən ifrat sağçı qruplar və heyvan haqları müdafiəçilərindən ibarət olan qadağa tərəfdarları isə şoklanmadan və ya yatızdırılmadan kəsilən heyvanın əziyyət çəkdiyini və hüquqlarının pozulduğunu iddia edirlər.(qafqazinfo.az)