“Belə davam etsə, Rusiya Ukraynada məğlub olmaqla yanaşı…”-Politoloq

54

“Dünən Rusiya prezidenti Vladimir Putin tərəfindən Ukrayanda döyüşmək məqsədi ilə orduya əsgər toplamaq üçün qismən səfərbərlik verilib. Rusiya müdafiə nazirliyi və şəxsən müdafiə naziri ordu generalı Sergey Şoyqu tərəfindən verilən açıqlamada bildirilir qismən səfərbərlik çərçivəsindən təqribən 300 min şəxsin ordu sıralarına cəlb edilməsi gözlənilir. Digər tərəfdən ordu generalı Sergey Şoyqu bildirir ki, Rusiya bu günə kimi Ukraynada itirdiyi hərbi qulluqçuların sayı 5937 nəfərdir. Əlbəttə qismən səfərbərlik və itkilərlə bağlı açıqlanan rəqəmlər arasında uyğunsuzluq var. Nəzərə alsaq ki, Rusiya müharibə başlayan zaman elan etmişdir ki, Ukrayna cəbhəsində 200 minə qədər döyüşçüsü var. İndi belə bir halın baş verməsi şübhələri artırır”.

Elchi.az-ın məlumatına görə, bu barədə politoloq Samir Hümbətov Feysbuk hesabında bildirib:

“Bundan əlavə qeyd etmək lazımdır ki, Müharibə əleyhdarları olan Vesna” Gənclər Hərəkatı qismən səfərbərliyə qarşı ümum-Rusiya mitinqi elan ediblər.
Verilən açıqlamalarda o da qeyd edilir ki, fəallar vətəndaşları bu gün, yəni Moskva vaxtı ilə 21 sentyabr 19:00-da yaşadıqları şəhərlərin mərkəzində toplaşmağa dəvət ediblər. Həmçinin alsiya şitirakçıları aksiyanı “Məzarlaşmağa yox” şüarı adı altında keçirəcəklər.
Aksiya iştirakçılarını vəzoyyətlə əlaqədar olaraq bəyanat yayıblar. Həmin bəyanatda deyilir ki, “Minlərlə Rusiya kişisi – atalarımız, qardaşlarımız və ərlərimiz müharibənin ətçəkən maşınlarına atılacaq. Nə üçün öləcəklər? Analar və uşaqlar niyə göz yaşı tökəcək? Putinin sarayı üçün?
İndi müharibə, həqiqətən, hər evə, hər ailəyə gələcək. Hakimiyyət deyirdi ki, ancaq “peşəkarlar” döyüşür və onlar qalib gələcəklər. Məlum oldu ki, onlar qalib gəlmirlər və məhbuslar cəbhəyə cəlb olunmağa başlayıb. İndi də səfərbərlik elan olunub.
Beləliklə, vəziyyət son dərəcə ağırdır. Müharibə artıq “orada” deyil – ölkəmizə, evlərimizə gəlib, qohumlarımız üçün gəlib. Beləliklə, onlar Rusiyanı dəhşətli qırğınlara, təcridə və yoxsulluğa sürükləyən Putin rejiminin səhvlərini düzəltmək üçün ölməlidirlər.
Hər gün səfərbərliyə ehtiyac olduğunu deyən deputatlar, məmurlar sağ-salamat isti kreslolarında qalacaqlar. Hesab edirik ki, onları səfərbər etmək və Ukraynaya göndərmək lazımdır – qoy xəstə fantaziyaları üçün ölsünlər və adi oğlanları ölümə göndərməsinlər”.
Eyni zamanda onu da qeyd etmək yerinə düşər ki, səfərbərliklə bağlı qərar imzalanandan sonra, Moskvadan Tibilisi, İstanbul və İrəvana olan biletlər tamamilə satılıb. Bu isə ondan xəbər verir ki, Rusiyadakı sadə vətəndaşlar müharibənin açısını həm döyüş meydanında, həm iqtisadi sanksiyalar altında, həm də dünyadan təcrid edilməklə hiss edirlər.
Hesab edirəm ki, hadisələr belə davam edərsə Rusiya Ukraynada məğlub olmaqla yanaşı həm də ölkə daxilində ciddi problemlər yaşaya bilər ki, bu da son nəticədə onun bir neçə hissəyə bölünməsinə səbəb ola bilər”.

Şayəstə