BDU-nun müəllimi vəfat edib

52

Bakı Dövlət Universitetinin müəllimi vəfat edib.

BDU-nun mətbuat xidmətindən Elchi.az-a verilən xəbərə görə, Jurnalistika fakültəsinin Yeni media və kommunikasiya nəzəriyyəsi kafedrasının müəllimi Ayaz Musayev uzun sürən xəstəlikən sonra dünyasını dəyişib.

Ayaz Musayev 1947-ci ildə Bakı şəhərində anadan olub. 1970-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun teatrşünaslıq ixtisası üzrə bitirib. 1982-1985-ci illərdə Moskva Poliqrafiya İnstitutunda redaktor ixtisası üzrə ikinci ali təhsil alıb.
1970-1972-ci illərdə Azərbaycan Jurnalistlər Birliyi, “Müxbir”, 1973-1974-cü illərdə Azərbaycan Mətbuat Nazirliyinin “Kitablar aləmində” jurnallarında ədəbi işçi vəzifələrində çalışıb. 1974-2004-cü illərdə “İşıq” nəşriyyatında redaktor, böyük redaktor, redaksiya müdiri vəzifələrində işləyib. 1977-ci ildən Azərbaycan Jurnalistlər Birliyinin, 2006-cı ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü olub. 2004-cü ildən BDU-da Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrasında müəllim işləyib.
Allah rəhmət eləsin!