Baykar yeni PUA-larını təqdim edəcək

52

“Baykar Teknoloji” şirkətinin layihələndirdiyi “Bayraktar Kızılelma” PUA-ları bu gün Samsunda təqdim ediləcək.

Elchi.az-ın xəbərinə görə, bu barədə Anandolu Agentliyi məlumat yayıb.

Yeni məhsulun təqdimatı Samsunda TEKNOFEST KARADENİZ festivalı çərçivəsində keçiriləcək. Festivalda “Kızılelma” ilə yanaşı “Gökbey” helikopteri, “Hürkuş” təyyarəsi, həmçinin “Akıncı” və “Bayraktar TB2” zərbə dronları nümayiş etdiriləcək.

Festival çərçivəsində “Solo Türk” aviadəstəsi nümunəvi uçuş həyata keçirəcək.