ABŞ prezidenti Co Baydenin bu səhər verdiyi növbəti koronavirus testinin nəticəsi müsbət olub.
Elchi.az xəbər verir ki, bu barədə onun həkimi Kevin Okonnor məlumat verib.
Prezident özünü təcrid etməyə davam edəcək.
Həkimin sözlərinə görə, dövlət başçısı özünü yaxşı hiss edir.
“Onun dünən verdiyimiz müsbət nəticəsini nəzərə alaraq, gündəlik monitorinqi davam etdirdik. Təəccüblü deyil ki, bu səhər onun SARS-CoV-2 antigeni üçün analizi müsbət qalıb”, – deyə doktor qeyd edib.
Qeyd edək ki, Bayden dünən qısa müddət ərzində ikinci dəfə koronavirusa yoluxduğunu bildirib.