Baydenin halından xəbər var: “Prezidentin komandası ilə əlaqə saxladım“

34

Koronavirusa yoluxan ABŞ Prezidenti Cozef Baydenin vəziyyəti yaxşıdır.

Elchi.az xəbər verir ki, bu barədə Ağ Evin koronavirusun yayılması ilə mübarizə üzrə koordinatoru Aşiş Ca “ABC” televiziyasına müsahibəsində bildirib:

Ətraflı
“Dünən axşam prezidentin komandası ilə əlaqə saxladım. Özünü yaxşı hiss etdi. Bu gün onlarla əlaqə saxlayacağam”.

ABŞ dövlət başçısının koronavirusa görə verdiyi testin cavabı müsbət çıxıb. Hazırda Bayden təcrid olunub və öz səlahiyyətlərini həyata keçirməkdə davam edir.