Bayden müttəfiqləri ilə Ukraynaya dəstəyi müzakirə edib

53

ABŞ prezidenti Co Bayden müttəfiqləri ilə Ukraynaya dəstəyi müzakirə edib.

Elchi.az xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.

Müzakirə zamanı Ukraynaya təhlükəsizlik və iqtisadi yardımın davam ediləcəyi bildirilib.

Ağ Evin sözçüsü Karine Jen-Pyere bildirib ki, Bayden və digər liderlər həmçinin Rusiyanın enerjidən silah kimi istifadə etməsi və Avropa üçün dayanıqlı və sərfəli enerji təchizatını təmin etmək üçün əlavə addımları müzakirə ediblər.