Bayden: Hücum silahlarını qadağan etməkdə qərarlıyam

51

ABŞ prezidenti Cozef Bayden bu gün Pensilvaniya ştatında etdiyi çıxışda silah cinayətlərinin azaldılması və ölkə daxilində zorakılığın qarşısının alınması üçün hazırlanan “Təhlükəsiz Amerika Planı” ilə bağlı açıqlamalar verib.

Elchi.az Türkiyənin “Sabah.com.tr” saytına istinadən bildirir ki, Bayden çıxışında Amerika xalqının ölkədə baş verən silah zorakılığından narahat olduğunu qeyd edib:

“Mən bu ölkədə hücum silahlarını qadağan etməkdə qərarlıyam. Bunu əvvəllər bir dəfə etmişəm və yenə də edəcəm. Silahlar Amerikada uşaqların bir nömrəli qatilidir. Çoxlu sayda uşaq silahlara görə həyatını itrir”.

Yeganə