ABŞ ehtiyac yaranarsa, Tayvanı hərbi yolla müdafiə etməyə hazırdır.
“Reuters“ xəbər verir ki, bunu ABŞ Prezidenti Co Bayden Yaponiya Baş naziri Fumio Kişida ilə Tokioda keçirdiyi birgə mətbuat konfransında deyib.
O, Çinin Tayvan sərhədinə yaxın uçuşlar həyata keçirməklə təhlükə ilə oynadığını vurğulayıb.
Bayden adanın statusunun güc yolu ilə dəyişdirilməsi ideyasının yersiz olduğunu və bunun Ukraynadakına bənzər vəziyyətə səbəb ola biləcəyini vurğulayıb.
150-dən çox xristian din adamı Pasxa öncəsi Qəzzada atəşkəsə çağırıb
Xristianların müqəddəs bayramı olan Pasxa bayramı öncəsi dünyanın müxtəlif ölkələrindən 150-dən çox kilsə nümayəndəsi, dini təşkilat rəhbərləri və icma nümayəndələri...