Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev Milli Məclisisin sədri Sahibə Qafarovanın rəhbərlik etdiyi nümayəndə heyətinin tərkibində noyabrın 26-30-da Madriddə keçiriləcək Beynəlxalq Parlamentlər İttifaqının (Inter-Parliamentary Union – İPU) 143-cü assambleyasında iştirak etmək üçün İspaniyaya yola düşüb.
Qeyd edək ki, assambleyada siyasi sistemlərə ictimai etimadın azaldığının müşahidə olunduğu, qütbləşmənin dərinləşdiyi və sosial şəbəkələrdə dezinformasiyaların artdığı müasir dövrdə demokratiyanın qarşı-qarşıya qaldığı çağırışlar müzakirə olunacaq, həlli yolları axtarılacaq.
ABŞ Avropa ordusunu mənasız adlandırdı
Amerikalı analitik Bart Şevçik "Foreign Policy" (FP) üçün məqaləsində vahid Avropa ordusunun yaradılması ideyasının mənasız olduğunu bildirib. Elchi.az bu barədə...