Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası qurultay keçirdir.
Elchi.az xəbər verir ki, bu haqda partiyanın təşkilat məsələri üzrə sədr müavini Niyaməddin Orduxanlı məlumat verib.
BAXCP sədrinin müavini bildirilib ki, bu gün BAXCP-nin Qurultaya Hazırlıq üzrə Təşkilat Komitəsinin iclası keçirildi:
“İclasa hörmətli BAXCP sədri, deputat Qüdrət Həsənquliyev sədrlik edirdi. Sentyabr ayında BAXCP-nin rayon şöbələrində konfransların keçirilməsini nəzərdə tutmuşuq. Səlahiyyətli nümayəndələrimizin rayonlara səfərləri baş tutacaq. BAXCP-nin növbəti qurultayı isə oktyabr ayında keçiriləcək”.
Yeganə