“Təkcə “Qarabağ”la son oyunda deyil, axır həftələrdə çox yaxşı çıxış edirik”.
Bunu “Omoniya”nın baş məşqçisi Henninq Berq Kipr çempionatının XI turunda APOEL-lə keçiriləcək oyun öncəsi mətbuat konfransında deyib.
Norveçli mütəxəssis Konfrans Liqasının qrup mərhələsinin V turunda “Qarabağ”la baş tutan qarşılaşmaya da toxunub. O, Bakıda 2:2 hesablı bərabərliyi böyük uğur hesab edir: “Qarabağ”la oyunda yaxşı keyfiyyət nümayiş etdirdik, nizam-intizamımız, işimiz, mentalitetimiz uğurlu idi. Azərbaycan komandası ilə rəqabət apardıq. Heç-heçə bizim üçün qazancdır. Düzdür, qalib gələ bilərdik və ya uduzmağımız da mümkün idi. Əsas odur ki, bizim üçün yaxşı oyun oldu”.
Qeyd edək ki, APOEL – “Omoniya” oyunu bu gün keçiriləcək.