Baş katib: “Heç bir NATO ölkəsi Türkiyə qədər terror hücumlarına məruz qalmayıb”

6

Başqa heç bir NATO ölkəsi Türkiyə qədər terror hücumlarına məruz qalmayıb.

Elchi.az xəbər verir ki, bunu NATO Baş katibi Yens Stoltenberq Davos İqtisadi Forumunda deyib.

O bildirib ki, Türkiyə NATO-nun vacib müttəfiqidir və İŞİD-ə qarşı mübarizədə açar rol oynayıb.

Baş katib əlavə edib ki, strateji mövqedə yerləşən Türkiyə bütün alyans üçün vacibdir.

Stoltenberq Türkiyənin İsveç və Finlandiyanın NATO-ya üzvlüyü ilə bağlı narahatlıqlarının həll edilməsinin vacibliyini qəbul etdiyini deyib.

“Biz oturmalı və irəliyə doğru bir yol tapmalıyıq”, – Stoltenberq vurğulayıb.