Baş ağrısı üçün 6 təbii vasitə!

42

Baş ağrısı zaman keçdikcə dözülməz hala gəlir. Gündəlik həyatımıza mənfi təsir edən baş ağrısı bəzən çox şiddətli, bəzən də yüngülləşə bilər. Mütəxəssislər də məsləhət görür ki, hər dəfə dərman qəbul etmək əvəzinə baş ağrılarını aradan qaldırmaq üçün təbii vasitələrdən istifadə etmək sağlamlıq üçün daha yaxşıdır.

Xroniki baş ağrıları üçün həkim müayinəsi tələb olunur. Lakin normal baş ağrılarını dərmansız aradan qaldırmaq mümkündür.

Elchi.az türk mediasına istinadən baş ağırısını təbi yollarla aradan qaldıran vasitələri təqdim edir:

Lavanda

Sakitləşdirici və xoş edici təsiri ilə tanınan lavanda baş ağrılarına çox yaxşı təsir edir. Xüsusilə stresslə əlaqəli baş ağrıları üçün bir stəkan suya lavanda yağı damlatmaqla bu qarışığı qəbul etmək yaxşı olacaq.

Nanə-limon

Gərginliyi aradan qaldıran xüsusiyyətləri ilə diqqət çəkən nanə-limon qarışığı hazırlayın. Bu qarışım baş ağrısı üçün çox effektiv təsirə malikdir.

Zəncəfil

Ağrıkəsici xüsusiyyəti olan zəncəfilə baş ağrısında çox üstünlük verilir. Xüsusən də zəncəfil çayı içmək baş ağrılarını aradan qaldıracaq.

İsti su və buz torbası

Bəli. İkisi bir yerdə… Həm isti su, həm də buz torbası baş ağırısını aradan qaldırır. Səbəb isə bədənin qan axınının dəyişməsi və damarların rahatlaşmasıdır.

Kofe

Gündə bir fincan qəhvənin ağrıkəsici xüsusiyyətlərə malik olduğu bilinir.

İlıq su ilə duş qəbulu

Gərginlik və stress tipli baş ağrıları üçün ən təsirli həll yollarından biri ilıq su ilə duş qəbul etməkdir.

Yeganə