“Barselona” daha bir futbolçu ilə yollarını ayırıb.
İspaniya klubu Avstriya millisinin yarımmüdafiəçisi Yusuf Demirlə vidalaşıb.
Vyana “Rapid”indən ötən ilin yayında 1 illik icarəyə götürülən 19 yaşlı hücumameyilli oyunçunu kataloniyalılar saxlamağa ehtiyac duymayıblar. La Liqa təmsilçisi ona görə tələb olunan 10 milyon avroluq transfer məbləğini ödəməkdən imtina etdiyi üçün Yusuf “Rapid”ə qayıdıb.
Klublar arasında anlaşmaya əsasən, Türkiyə əsilli futbolçu “Barselona”nın əsas komandasında 10 oyun keçirəcəyi təqdirdə, avstriyalılara müəyyən məbləğdə bonus ödəniləcəkdi. Lakin o, “Barsa”da ümumilikdə 9 matçda iştirak edib.
Qeyd edək ki, “Barselona” bir neçə gün əvvəl yarımmüdafiəçisi Filipp Koutinyonu “Aston Villa”ya icarəyə verib.