“Barselona” tarixinin simvolik “11-liy”i müəyyənləşib.
“OneFootball” nəşri Kataloniya klubunun ən yaxşı oyunçularından ibarət rəmzi komanda formalaşdırıb.
Maraqlıdır ki, hazırkı heyətdən iki oyunçu da rəmzi komandaya düşüb. Bunlar yenidən kollektivə dönən Dani Alveş və kapitan Serxio Busketsdir. Nəşr həmçinin “Barsa”nın baş məşqçisi Xavi Ernandes və sabiq çalışdırıcısı Ronald Kumanı da fərqləndirib.
“Barselona” tarixinin rəmzi komandası: Andoni Subisarreta, Dani Alveş, Karles Puyol, Ronald Kuman, Siqfrid Qrasiya, Serxio Buskets, Xavi Ernandes, Yohan Kroyff, Ronaldinyo, Lionel Messi, Ladislav Kubala.
“Liverpul” Hollandiya klubunun baş məşqçisi ilə danışıqlara başlayıb
İngiltərənin "Liverpul" klubu Hollandiya təmsilçisi "Feyenoord"un baş məşqçisi Arne Slot ilə danışıqlara başlayıb. Elchi.az "Sky Sports"a istinadən xəbər verir ki,...