Banklarda dollara təlabat azalıb

56

Bu gün Azərbaycan Mərkəzi Bankında (AMB) Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirilib.

Elchi.az xəbər verir ki, hərracda tələb 31,6 mln. ABŞ dolları olub və tam təmin edilib. Beləliklə, sonuncu valyuta hərracında tələb əvvəlki hərracla (7 iyul 2022-ci il tarixində keçirilib – red.) müqayisədə 18,9% azalıb. Qeyd edək ki, bundan əvvəlki hərracda banklar 39 mln. dollar cəlb etmişdi.

Qeyd edək ki, hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşıb.