Fevralın 21-də Azərbaycanda müşahidə olunacaq hava proqnozu açıqlanıb.
Virtualaz.org Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosuna istinadən bildirir ki, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin soyuq keçəcəyi, güclü külək əsəcəyi, fasilələrlə yağıntılı olacağı, sulu qar, qar yağacağı gözlənilir. Güclü şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə və gündüz 0-3 dərəcə isti olacaq.
Sabah Azərbaycan rayonlarında hava şəraitinin yağıntılı olacağı, sulu qar, qar yağacağı gözlənilir. Arabir güclənən qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 0-4 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti, dağlarda gecə 8-13, gündüz 0-5 dərəcə şaxta olacağı gözlənilir.