https://youtu.be/_qCOoMlTXDo
Hələ sizə Bakının düz mərkəzində axan “Niaqara” şəlaləsindən danışmamışıq. “Sovetski” kimi tanınan ərazinin yaxınlığında qarşılaşdığımız mənzərə isə heyrətləndiricidir. ABŞ-da olan Niaqara şəlaləsindən heç də geri qalmayan Bakı küçələrinin “şəlalələri” insanın diqqətini çəkməyə bilməz. Xüsusilə “şəlalə”nin həzin şırıltı səsi səhər çağı sizə xoş ovqat bəxş edəcək.
https://youtu.be/JLbzdrd-P24
Qeyd edək ki, martın 28-i gündüzdən 29-u səhərədək ölkə ərazisində hava şəraiti qeyri-sabit keçib, yağış yağıb, bəzi yerlərdə intensiv olub, dağlıq rayonlarda qar yağıb. Düşən yağıntının miqdarı Bakıda və Abşeron yarımadasında 1-14, Böyük Qafqazda 3-21, Mərkəzi Aran rayonlarında 4-21, Lənkəran-Astara zonasında 1-9, Naxçıvan MR-da 1-7, Kiçik Qafqazda 5-8, Qazax-Gəncə zonasında 7-16 mm təşkil edib.