Bakıdan gedən Xovayev Mirzoyanla görüşdü

34

Ermənistan xarici işlər naziri Ararat Mirzoyan Rusiya Federasiyasının xarici işlər nazirinin Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması üzrə xüsusi nümayəndəsi İqor Xovayevlə görüşüb.
Elchi.az xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Tərəflər Azərbaycan-Ermənistan sərhədində baş verən gərginliyi müzakirə ediblər.
Qeyd edək ki, Rusiya Federasiyasının xarici işlər nazirinin Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması üzrə xüsusi nümayəndəsi İqor Xovayev sentyabrın 9-da Bakıda Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla görüşmüşdü.