Bakıda yol polisi ilə sürücü arasında insident – Video

54

Bakı şəhərində sürücü ilə yol polisi arasında insident baş verib.

Elchi.az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.

Belə ki, yol polisi paytaxt ərazisində yol hərəkəti qaydalarını pozan sürücünü saxlayaraq, sənədləri tələb etsə də, o, buna əməl etməyib.

Nəticədə polislə sürücü arasında mübahisə yaranıb.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli açıqlamasında bildirib ki, hadisə “Axundov bağı”nın yaxınlığında qeydə alınıb:

“Sürücü avtomobilini hərəkətin sıx olduğu bir yerdə qanunsuz olaraq park edib. Həmin vaxt DYP əməkdaşları avtomobilin oradan götürülməsi üçün sürücüyə xəbərdarlıq ediblər. Sürücü DYP əməkdaşlarının qanuni tələbinə tabesizlik nümayiş etdirib və İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə onun barəsində tədbir görülüb”.

“Əgər sıxlıqdan, tıxacdan narazılıq ediriksə, qaydalara əməl etməyənləri cəmiyyət olaraq ictimai qınaq obyektinə çevirməliyik. Hər hansı videonu çəkib, daha sonra özünə haqq qazandırmaq istəyi və narazı görüntüsü yaratmaq naminə ictimai fikrə təsir etmək məqsədi güdərək qanun keşikçisinin işinə kölgə salmaq niyyətini yəqin ki, düşüncəsi olan hər bir adam düzgün qiymətləndirəcək”, – deyə o qeyd edib.