Bakıda yeniyetmə qız itkin düşdü

30

Bakıda yeniyetmə qız itkin düşüb.

Elchi.az xəbər verir ki, hadisə iyulun 30-da Sabunçu rayonunda qeydə alınıb.

Belə ki, paytaxt sakini, 2008-ci il təvəllüdlü Eltac Tural qızı Məmmədova yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Bölməsinin Təhqiqat bölməsində araşdırma aparılır.