Bakıda restorandan 2350 manatlıq oğurluq edilib.
Bu barədə Elchi.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, Xəzər Rayon Polis İdarəsinin 2-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Buzovna qəsəbəsində evlərin birindən 800 manat dəyərində naqil və boru, fəaliyyət göstərməyən bir restorandan isə 2350 manat dəyərində qapı və pəncərələrini oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Mirməmməd Salayev müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.
Zəngilanda silah-sursat aşkarlandı
Zəngilanda silah-sursat aşkar edilib. Bu barədə Elchi.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan məlumat verilib. Bildirilib ki, Zəngilan...