Bakıda metro relsinə düşdü və tunelə doğru getdi

40

Bakıda sərnişin metro relsinə düşərək, tunelə doğru hərəkət edib.

Bakı Metropolitenindən Elchi.az-a verilən məlumata görə, “Elmlər Akademiyası” stansiyasında bir sərnişin (kişi) stansiya yoluna düşərək, tunelə doğru hərəkət edib.

Metropoliten və Bakı Metropolitenində Polis Şöbəsi əməkdaşlarının çevik reaksiyası və təlimat tələblərinə uyğun operativliyi sayəsində sərnişin saxlanılıb.

Sərnişin qatara mindirilib. Qatarların hərəkətində ciddi yubanma olmayıb və qısa müddətdə aradan qaldırılıb. Hazırda baş vermiş hadisə ilə bağlı araşdırma aparılır.