Vətən müharibəsi zamanı Ermənistanın Azərbaycana qarşı istifadə etdiyi “İsgəndər” raketlərinin qalıqları nümayiş edilib.Azvision.az xəbər verir ki, “İsgəndər” raketlərinin qalıqları aprelin 2-də Bakıda “Azərlandşaft” Açıq Səhmdar Cəmiyyətinin ərazisində Azərbaycan Respublikasının Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyinin (ANAMA) nümayəndələri tərəfindən təqdim olunub.
Qeyd edək ki, martın 15-də ANAMA əməkdaşları tərəfindən aparılan təmizləmə əməliyyatı zamanı Şuşada iki partlamış raketin qalıqları aşkarlanıb.