Bakıda ölümlə nəticələnən uol-nəqliyyat hadisəsində 3 nəfər ölüb.
ANS PRESS-in hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, Zabrat-Maştağa yolunda 105 saylı marşrut xəttində işləyən avtobusla “VAZ-2107” markalı avtomobil toqquşub.
Nəticədə minik avtomibilində olan 3 nəfər – 1 sürücü, 2 sərnişin ölüb.
İlkin ehtimallara görə, qəzaya minik avtomobilinin avtobusun yoluna çıxması səbəb olub.
Hadisə ilə bağlı araşdırmalara başlanılıb.