Sabah saat 08:00-dan saat 20:00-a qədər Bakının Yasamal rayonunun Tfilisi prospektində (“20 Yanvar” dairəsindən İzmir küçəsinə qədər olan hissə) aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.
Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.
Agentlik, sürücülərə öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələrini tövsiyə edib.
Zəngilanda silah-sursat aşkarlandı
Zəngilanda silah-sursat aşkar edilib. Bu barədə Elchi.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan məlumat verilib. Bildirilib ki, Zəngilan...