Bakıda “Azərbaycan Rəqabətlilik Forumu 2018” keçirilir

263

Bakıda “Azərbaycan Rəqabətlilik Forumu 2018” işə başlayıb. 

“Report” xəbər verir ki, tədbirə “Fortune 500” qrupuna daxil olan şirkətlər qatılıb.

Jurnalistlərə açıqlama verən İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin direktoru Vüsal Qasımlı bildirib ki, qrupun üzvü olan və biznes-forumda təmsil oluan 200-dən artıq şirkətin ümumi dövriyyəsi 30 trln. ABŞ dollarndan çoxdur.

“Bu şirkətlərin əksəriyyəti Azərbaycana sərmayə qoymaq niyyətindədir. Onlarla Bakıda danışıqlar aparılacaq və bu danışıqlar nəticəsində Azərbaycana yeni investisiyalar cəlb ediləcək. Nəticədə Azərbaycan iqtiaadiyyatının rəqabət qabiliyyətliliyi artacaq”, – V.Qasımlı qeyd edib.