Noyabrın 20-21-də Bakının Əbdülvahab Salamzadə küçəsinin Tiflis prospekti ilə kəsişməsində yerləşən yol ötürücüsünün sıradan çıxmış köhnə temperatur şovları yenilənib.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) verilən məlumata görə, təmir-tikinti işləri fhkörpünün “Qələbə dairəsi” istiqaməti üzrə hərəkət hissəsində aparılıb.
Sürücülər artıq yol ötürücüsünün sözügedən hissəsi üzrə rahat və təhlükəsiz şəkildə avtonəqliyyat vasitələrini idarə edə bilərlər.