Son günlər mətbuatın gündəmini zəbt edən zorlama haqda şikayətlərə biri də əlavə olunub.
“Qafqazinfo”nun hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, Zirə qəsəbə sakini, 1985-ci il təvəllüdlü S.A polisə müraciət edərək zorlandığını bildirib.
S.A deyib ki, fevralın 5-də saat 20 radələrində kemiş həyat yoldaşı, Mərdəkan qəsəbə sakini, 1979-cu il təvəllüdlü M.B yaşadığı evə gələrək onu döyüb və zorlayıb.
Xəzər Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.