Bakı və İrəvan arasında vasitəçi olmağa hazırıq – Tiflis

46

Gürcüstan Ermənistanla Azərbaycan arasında münaqişənin həllində vasitəçilik etməyə hazırdır.
Elchi.az xəbər verir ki, bunu Gürcüstan xarici işlər naziri rəhbəri İlya Darçiaşvili deyib.
“Gürcüstan hər zaman cənub qonşularımıza sülhün möhkəmləndirilməsi istiqamətində dialoq yarada biləcək ölkə kimi kömək etməyə hazır olub. Bu prosesdə vasitəçi kimi biz hər zaman hazırıq. Gürcüstanın bununla bağlı heç bir ilkin şərti yoxdur. Tiflisin əsas məqsədi regionda sülh və sabitlikdir”, – Darçiaşvili bildirib.