Bakı-Sinqapur təyyarəsi Bakıya təcili eniş etdi

56

ParisSinqapur təyyarəsi Bakı hava limanında təcili eniş edib.

Bu barədə Elchi.az-a Heydər Əliyev Beynəlxalq Aeroportunun Mətbuat xidmətindən bildirilib.

“Singapore Airlines” aviaşirkətinin Paris-Sinqapur reysini həyata keçirən hava gəmisinin kapitanı texniki səbəbdən Heydər Əliyev Beynəlxalq Aeroportuna təcili eniş sorğusu göndərib. “Boeing B777” təyyarəsi yerli vaxtı ilə saat 06:26-da Bakı hava limanında eniş edib. Reysin sərnişinləri Heydər Əliyev Beynəlxalq Aeroportunun aerovağzal kompleksində yerləşdirilib.