Bakı-Minvodı marşrutu üzrə əlavə aviareyslər yerinə yetiriləcək

1

“Azərbaycan Hava Yolları” QSC (AZAL) Bakı-Mineralnıye Vodı-Bakı marşrutu üzrə dörd əlavə reys həyata keçirəcək.

Elchi.az-ın AZAL-a istinadən verdiyi məlumata görə, əlavə reyslər həftədə bir dəfə çərşənbə axşamı günləri 21 dekabr 2021-ci il tarixindən 11 yanvar 2022-ci il tarixinədək “Airbus A319” hava gəmisi ilə yerinə yetiriləcək.

Xatırlada ki, hazırda AZAL Bakı-Minvodı aviareysi üzrə həftədə bir dəfə – bazar günü uçuşlar yerinə yetirir. Bundan başqa, sözügedən aviareys üzrə Rusiyanın “Azimut” (II günlər), “İkar” (V günlər), S7 (II günləri) və “Ural Airlines” (IV günlər) aviaşirkətləri uçuşlar həyata keçirir.