Baki metrosunda yeni vaqonlar

68

Yeni inşa edilən stansiyalarda yeni vaqonlar hərəkət edəcəkimg1634287

Yeni vaqonlar almaq üçün Bakı Metropoliteni Fransa şirkəti ilə müqavilə bağlayıb.
ANS TV-nin məlumatına görə, Bakı metropoltenində yeni inşa edilən stansiyalarda yeni vaqonlar hərəkət edəcək. Həmçinin stansiyaların platformasın daha böyük olacaq və qatarlara yeddi vaqon qoşulacaq. Bu vaqonları əvvəlkilərdən fərqləndirən genişliyi və rahatlığı və soyuducu sisteminin olmasıdır.
Metropolitenin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev bildirdi ki, Fransanını şirkəti ilə müqavilə bağlanıb və ilkin olaraq 15 vaqonun alınması nəzərdə tutulur.
12 stansiyadan ibarət olacaq metrpolitenin bənövşəyi xəttinə daxil olacaq bu stansiyalardan Memar Əcəmi və Avtovağzal stansiyalarında tikinti işləri sürətlə davam edir. Gələn il Azərbaycanda keçiriləcək Avropa Yay Olimpiya Oyunlarına qədər Avtovağzal stansiyasının istifadəyə verilməsi planlaşdırılır. Burada demək olar ki, işlərin böyük əksəriyyəti görülüb qurtarıb. Dizaynı ilə yaşanı bu stansiyanı digərlərindən həm də 7 giriş və çıxışdan ibarət olması ilə fərlənir.
Yeni dərs ilinin başlaması ilə əlaqədar tələbə və məktəblilərin əksəriyyəti metrodan istifadə edir. Buna görə də Bakı Metropoliteni qış rejiminə keçir. Bu məqsədlə qatarlarda əsaslı və cari təmir işləri aparılıb. Sərnişinlərin sıxlığı nəzərə alınaraq qış rejimində qatarlar 2-3 dəqiqəlik intervalla işləyir. Yeni tədris ilinin başlaması ilə əlaqədar Bakı Metropolitenində qatarların sayı da artırılır.
164 DƏFƏ OXUNUB