Bakı metrosunda Yaşıl və Qırmızı xətlərdə qatarların hərəkətində gecikmələr baş verib.
Bu barədə Elchi.az-a “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri məlumat verib.
Məlumata görə, buna səbəb texniki nasazlıq səbəbilə yoldəyişdirici qurğular əllə idarə olunması olub.
Bu səbəbdən hazırda intervaldan əlavə 12 dəqiqə fərq yaranıb.
Bakı metrosunda texniki nasazlıq aradan qaldırılıb.
Bu barədə “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib.
Hazırda intervalların tənzimlənməsi prosesi gedir. Əksər marşrutlar üzrə intervallar normallaşdırılıb.