Bu barədə türk Hava yolları məlumat yayıb
Türkiyədə müşahidə edilən qarşı, şaxtalı hava şəraiti təyyarələrin uçusuna da təsir edib. ANS PRESS-in türkiyə mətbuataına istinadla verdiyi məlumata görə, şaxtalı hava 100-ə qədər daxili və xarici təyyarə reysinin təxirə salınmasına yol açıb.
Təxirə salınan reyslər arasında Türk Hava Yollarının bu gün Bakıya nəzərdə tutulan iki reysi də var. Türk hava Yollarının saytında bu barədə xəbərdarlıq yerləşdirilib.
Xəbərdarlıqda qeyd edilib ki, bu gün Türkiyə vaxtı ilə saat 08:30-da İstanbul Atatürk Havalimanında çıxıb bakı vaxtı ilə saat 13:20-də Heydər Əliyev hava limanında olmalı olan və Bakıdan saat 14:20-də çıxaraq 15:30-da İstanbula çatmalı olan reyslər təxirə salınıb.
ANS PRESS