“Bakcell şirkəti yenidən açıqlama verib və bildirib ki, ötən gün baş verən texniki nasazlıq şəbəkədə aparılan təkmilləşdirmə və modernizasiya işləri ilə bağlı olub.
Şirkət bu işləri NOKİA -nın beynəlxalq dəstək komandası ilə birgə apardığını da qeyd edib”.
Elchi.az xəbər verir ki, bu fikirləri Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz FB hesabında bildirib:
“Maraqlıdır, görəsən Bakcell hansı texnoloji həllərin tətbiqini gerçəkləşdirirmiş?
NOKİA-nın da adı bu mobil operatorun modernizasiya işlərində hallandığından güman etmək olar ki, Bakcell 5G-yə hazırlıq görür.
Çünki, xatırlayıram ki, bir neçə il öncə keçirilən beynəlxalq sərgilərdə Bakcell məhz NOKİA ilə birgə LTE və 5G texnologiyasına hazırlığını nümayiş etdirmişdi.
Görünür ki, Bakcell artıq 5G-nin reallaşdırılması istiqamətində NOKİA ilə birgə real addımlara başlayıb.
Yeri gəlmişkən, hələlik RİNN 5G ilə bağlı hansı tezliklərin və hansı üsullarla mobil operatorlara veriləcəyini açıqlamayıb.
Ümumiyyətlə, hətta bəzi qonşu ölkələrlə müqayisədə biz bu məsələlərdə bir xeyli ləngimişik.
RİNN-in Dövlət Radiotezliklər İdarəsi isə bir müddət öncə qurumun 5G ilə bağlı konseptual yanaşmasının hazır olduğunu bildirmişdi”.
Yeganə