Bagiri hədələdi: Sərhəd dəyişikliyinə dözməyəcəyik

42

Azərbaycana və Ermənistana problemlərini dialoq yolu ilə həll etməyi məsləhət görürük.

Elchi.az xəbər verir ki, bu sözləri İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general Məhəmməd Bagiri deyib.

“Biz sərhədin güc və müharibə yolu ilə dəyişdirilməsinə dözməyəcəyik. Fars körfəzi ölkələrindən sionist rejimin fitnə-fəsadlarına qarşı diqqətli olmasını gözləyirik. Özümüzə qarşı təhlükə hiss etsək, sionist rejimin ünsürləri və onların havadarlarını cəzalandıracağıq”, – general Bagiri bildirib.