Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli geoloji kəşfiyyat xidmətinin mütəxəssisi Sadiq Əmiraslanov “Report”a açıqlamasında bildirib ki, hazırda Badamdar sürüşmə sahəsində monitorinq işləri aparılır:
“Hazırda sürüşmə ərazisində baş verən aktivliyin həcmi müəyyənləşməyib. Sürüşmə ilə bağlı monitorinqlərimiz davam etdirilir. Yaxın vaxtlarda sürüşmə ilə bağlı aktivliyin həcmi dəqiq müəyyən olunacaq”.
***
Bakının Səbail rayonu, Badamdar qəsəbəsində yenidən sürüşmə olub.
“Report”un xəbərinə görə, sürüşmə Badamdar şosesinin yaxınlığında qeydə alınıb.
Hazırda aidiyyətli qurumların əməkdaşları sürüşmə baş verən əraziyə yollanıb.
Ölkəyə avtomobil hissələrinin gətirilməsinin qarşısı alındı
Gürcüstan istiqamətindən Tovuz Gömrük İdarəsinin “Qırmızı Körpü” gömrük postuna daxil olan, ilkin qeydiyyat mərhələsini keçdikdən sonra təyinat gömrük orqanına göndərilən...