“Separatçı qurumun xarici işlər naziri David Babayanın Konqresə ayaq basbası ABŞ ın Donbas Xalq Respublikası, Luqansk Xalq Respublikası, Abxaziya Respublikası, Osetiya, Dnestryanı kimi separatçılarla Qarabağdakı separatçılara eyni yanaşmanın olmaması deməkdir.
Təəcüblənmirik. 30 ildir bu demokratlar qrupu Azərbaycana qarşı ən çirkin qərarların başında durublar”.
Elchi.az xəbər verir ki, bu fikirləri Bakı Politoloqlar Klubunun sədri, politoloq Zaur Məmmədov FB hesabında bildirib:
“1980-ci illərin sonunda Bayden, Kerri, Pelosi və qrupun digər üzvləri… təsəvvür edin… düşmənləri olan SSR xarici işlər nazirliyinə, Şevarnadzeyə və digərlərinə məktublar yazaraq – ermənilərin Azərbaycan SSR nib tərkibində yaşaya bilmədiklərinin, onlara qayğının artırılmasının vacibliyinə toxunur, Qarabağ ermənilərinin Azərbaycanın tərkibindən çıxarılaraq müstəqil respublika olmasının vacibliyini qeyd edirdilər.
Bu həyasızlığın ən bariz nümunəsi idi. İndi, 44 günlük müharibədən sonra Qarabağın müstəqil deyil məhz Azərbaycanın tərkib hissəsi olması ilə necə barışa bilərlər? Axı 30 il əvvəl elə özləri Qarabağ Azərbaycanın tərkibində qala bilməz şüarları ilə aləmə car yayırdılar…
Ümid edək ki, payızda ara parlament seçkilərində respublikaçılar revanş alarlar. Əks təqdirdə bu qrupun Qafqazdakı sülhə xələl gətirmə ehtimalı kifayət qədərdir. ..
Baydendən söz düşmüşkən. Bu o Demokratlardı ki, Ukraynada müharibədə Rusiyaya dəstəyə görə Belarusa sanksiya tətbiq etdi, amma Ermənistanla bağlı susqunluq nümayiş etdirdi….
Azərbaycan – ABŞ münasibətlərində 16 minlik Qarabağ erməniləri faktorunun gündəmə gətirilməsi gülüncdür”.
Yeganə