“Məktəbli formaları ilə bağlı konkret ajiotajın yaradılmasının səbəbkarlarından biri də məhz məktəblərdə olan valideyn komitələridir”.
Elchi.az xəbər verir ki, bu barədə təhsil eksperti Elçin Əfəndi FB hesabında bildirib:
“Bəzi valideynlər var ki, onlar komitə sədri olaraq az qala özlərini keçmiş Mərkəzi Komitə sədrləri kimi aparırlar. Sosial platformalarda qruplar yaradır və ora səs atırlar ki, “cirektr tələb etməsə də olare, Naza, bəs bizim Fətoş seçilməlidir axı. Kim almırsa mne ne”. Məhz bu səs-küydən sonra digər valideynlər də düşünür ki, hamı alsa, təkcə bu almasa, övladı bullinqə məruz qalacaq, qınanılacaq və ya haqqında yanlış fikir formalaşacaq ki, gör nə qədər kasıbdılar ki, adi məktəbli forması da ala bilmirlər və s.
Yekun olaraq bütün valideynlərə üz tutaraq bildirirəm ki, məktəbli forması tələb deyil, könüllülük əsasındadır! Heç bir məktəb direktorunun və digər rəhbər işçilərin bunu sizdən tələb etməyə haqqı yoxdur!”.
Şayəstə