Bərdədə 3 azyaşlını maşın vurdu

36

Bərdədə yolu keçmək istəyən 3 azyaşlını maşın vurub.

Elchi.az-ın məlumatına görə, APA xəbər verir ki, hadisə rayonun Qaradəmirçi kəndində qeydə alınıb. Kənd sakinləri 7 yaşlı Səfərov Vəli Füzuli oğlu, 14 yaşlı Səfərova Leyla Füzuli qızı və 6 yaşlı Məmmədov Ümüd Şakir oğlu yolu keçmək istəyən zaman onları Moskviç markalı minik avtomobili vurub.

Qəza nəticəsində hər 3 yaralı hadisə yerinə cəlb olunan təcili tibbi yardım maşını ilə Bərdə rayon Diaqnostika mərkəzinə çatdırılıblar. Vəziyyətləri orta ağır qiymətləndirilir.

Hadisə ilə bağlı araşdırma aparılır.